Malidə kənddə 154 nəfər qətlə yetirilib 26 Mart 2019 12:28 Xəbərlər Qərbi Afrika ölkəsi olan Malinin Mopti bölgəsindəki Fulani kəndinə təşkil edilən hücumda həyatını itirənlər sayı 154 nəfərə çatıb. FaktXəbər bildirir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Məlumata görə, ötən gün Dozo ovçularının paltarlarını geyən silahlı şəxslər Oqossaqou kəndinə hücum edərək qadın və uşaq bilmədən sadə insanları qətlə yetiriblər. "Burada gördüklərim, güllələnmiş günahsız uşaqlar, yanan yaşlı insanlar, içində insan olduğunu bildiyimiz kül olmuş evlər və 40 cəsədin içində olduğu məzarlı dəhşətlidir",-deyə Mali prezidenti İbrahim Boubakar Keita vurğulayıb. Qeyd edək ki, Dozo - ovçulardan ibarət və 2016-cı ilin oktyabrında yaradılan birlikdir. Teqlər : #Malidə,#kənddə,#154,#nəfər,#qətlə,#yetirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Eldəniz Quliyevin `İşartı` kitabının təqdimatı keçirilib - FOTO Quranın nadir əlyazması tapılıb