İmam Əliyə (ə) mənsub Quran nüsxəsi İngiltərədə saxlanılır

İmam Əliyə (ə) mənsub Quran nüsxəsi İngiltərədə saxlanılır

 İngiltərənin milli kitabxanası və tədqiqat mərkəzində yəhudilik, xristianlıq, İslam və digər dinlərin müqəddəs mətnlərinin qədim nüsxələri də saxlanılır ki, onların arasında qədim əlyazma nüsxələrdən biri də Kufi xətti ilə yazılmış və Həzrət İmam Əliyə (ə) mənsub Qurani-Kərim nüsxəsidir.
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki,  kitabxanada dünyanın müxtəlif yerlərindən gətirilmiş 150 milyondan çox əsər saxlanılır.
 
Britaniya Milli Kitabxanası və tədqiqat mərkəzində 14 milyon tarixi kitab və əlyazma nüsxə mövcuddur. Bu əsərlərin arasında tarixi Həzrət İsanın (ə) miladından öncəyə aid olanları da var.
 
Bundan başqa burada Ceyran dərisi üzərinə yazılmış qədim əlyazma Quran nüsxələri, Ərəb dili və ədəbiyyatı kitabları, Fəlsəfə və Məntiq kitabları var.
 
Kitabxananın arxivində Məscidül-Həramın 1907-ci ilə aid olan şəkilləri və həmin dövrün Həcc ayinlərini təsvirə çəkmiş rəsm əsərləri də mövcuddur.
 
İngiltərə Milli Kitabxanasının 2011-ci ildə Google şirkəti ilə imzaladığı müqaviləyə  əsasən kitabxananın materiallarının elektron nüsxəsi hazırlandı və internet istifadəçiləri bu kitabxanada olan 250 min əsərdən online və pulsuz istifadə edə bilərlər.
 

Google+ WhatsApp ok.ru