İmam Hüseynin (ə) hərəminin yeni günbəzinin açılışı Qədir Xum bayramında olacaq 28 İyun 2019 09:38 Xəbərlər İmam Hüseynin (ə) hərəminin yeni günbəzinin quraşdırma işləri iki mərhələdə aparılır. Maide.Az xəbər verir ki, bunu İmam Hüseyninin (ə) hərəminin günbəzinin inkişaf etdirilməsi layihəsinə nəzarət komitəsinin üzvi Mehdi Qəzvini deyib. Onun sözlərinə görə, birinci mərhələdə günbəzin içəridən işləri həyata keçirilir. “Betonlama, dəmir konstruktor və güzgülərin quraşdırılması daxildə aparılır. Hazırda içəridə dəmir işi 100 faiz başa çatıb və digər işlər də Qədir Xum bayramına kimi tamamlanacaq və günbəzin içəri hissəsinin açılışı olacaq”. M.Qəzvini deyib ki, ikinci mərhələdə günbəzin üstündə işlər aparılacaq. “Pakistanlı və Hindistanlı mühəndislərin iştirakı ilə günbəzin üzərinin qızıl işləri görüləcək. Gələn ay günbəz quraşdırılacaq və üzərində işlər aparılacaq. Qeyd edək ki, İmam Hüseynin (ə) hərəminin günbəzinin hündürlüyü 7 metr yüksəldilb və daxildən genişləndirilib. “Yeni günbəzin 7.5 metr hündürlüyü və 300 ton çəkisi var. Yeni günbəzin quraşdırılması ilə İmamın (ə) qəbri ilə günbəzin sütunlarındakı məsafə 1 metr yarımdan 4 metrə qədər artırılacaq və bu da zəvvarların rahat şəkildə mübarək qəbri ziyarət etməsinə imkan yaradacaq." Teqlər : #İmam,#Hüseynin,#(ə),#hərəminin,#yeni,#günbəzinin,#açılışı,#Qədir,#Xum,#bayramında,#olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tunisdə Fransa səfirliyi yaxınlığında partlayış, 5 nəfər xəsarət alıb Fransada məscidin önündə silahlı hücum törədildi