Tacikistanda helikopter qəzaya uğrayıb, 1 nəfər ölüb, 4 nəfər yaralanıb 05 Avqust 2021 17:13 Xəbərlər Tacikistanda dağlarda azmış rusiyalı turistlərə yardım etmək üçün gedən xilasedici helikopterin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Məlumatı ölkənin Turoperatorlar Assosiasiyası yayıb. Qəzaya uğrayan “Mi8” helikopteri Taciksitan Sərhəd Qoşunlarına məxsusdur. İlkin məlumata görə, pilot ölüb, helikopterin göyərtəsindəki 4 xilasedici isə yaralanıb. Yaralılar Düşənbəyə təxliyə olunurlar. Xatırladaq ki, iyulun 28-də Rusiyadan olan 7 turistin Taciksitan ərazisində azması ilə bağlı həyəcan siqnalı verilib. Onların axtarışı davam etdirilir. /Report/ Teqlər : #Tacikistanda,#helikopter,#qəzaya,#uğrayıb,#nəfər,#ölüb,#nəfər,#yaralanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan və İraq İKT sahəsində əməkdaşlığı müzakirə edib Tokio Yay Olimpiya Oyunlarında 63 ölkənin çempionluğu var