Metroda 6 ayda 57 nəfər ölüb

Metroda 6 ayda 57 nəfər ölüb

Moskva şəhər metrosunda sərnişinlər çox vaxt həlak olur. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, xüsusilə yaşlı insanlar və səhhəti zəif olan sərnişinlər stansiyalarda və vaqonlarda özlərini pis hiss edirlər. Belə hadisələrə yay vaxtı daha çox təsadüf olunur.
 
Moskva metrosundakı faciəli hadisələri araşdıran komissiya müəyyən edib ki, 2016-cı ilin 6 ayı ərzində 57 nəfər ölüb. Məlumatda qeyd edilir ki, sərnişinlərin əksəriyyəti metro stansiyalarında ürək tutmasından, yaxud səhhətlərindəki digər problemlər səbəbindən ölürlər.
 
Bundan əlavə, metroda 4 nəfər özünə qəsd edib, bir nəfərin isə ölüm səbəbi müəyyənləşdirilməyib. Bir sərnişin pillələkənlərdən yıxılaraq keçinib.
 

Google+ WhatsApp ok.ru