Metroda vahid kart-ödəniş sistemi tətbiq olunacaq 15 Avqust 2014 01:00 Xəbərlər İctimai nəqliyyatda vahid kart-ödəniş sisteminin Bakı Metropolitenində tətbiqi ilə bağlı iş aparılır Bu barədə AzərTAc-a məlumat verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, Səhmdar Cəmiyyət bununla əlaqədar Nəqliyyat Nazirliyi və digər müvafiq qurumlarla sıx əməkdaşlıq edir. Metropolitendə mövcud kart-yükləmə aparatlarının daha müasir və etibarlı qurğularla əvəzlənəcəyini də deyən N.Paşayev qeyd edib ki, QSC ümumilikdə sərnişinlərə xidmət sisteminin tam yeniləşdirilməsini planlaşdırır. Kart-yükləmə aparatlarının müasirləşdirilməsi də buraya daxildir. / Teqlər : #Metroda vahid kartödəniş sistemi tətbiq olunacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda havanın temperaturu yüksələcək, bəzi yerlərdə 42 dərəcəyə çatacaq Cavad Heyət dəfn olundu- Fotolar