Metro maşinisti onlarla insanı ölümdən xilas etdi

Metro maşinisti onlarla insanı ölümdən xilas etdi

Sankt-Peterburqda metro maşinisti terror zamanı onlarla insanı ölümdən xilas edib.
 
İstiPress-in TASS-a istinadla verdiyi məlumata görə, ötən gün terror baş verən qatarın maşinistinin düzgün qərarı faciənin miqyasının daha böyük olmasına mane olub. Bu barədə İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib. 
 
"İlkin istintaq zamanı əldə edilən məlumatlara görə, maşinist yaranmış vəziyyətə uyğun hərəkət edib. Stansiyaların keçidində baş verən partlayış zamanı maşinist qatarı saxlamayıb, stansiyaya çatdırıb. Bu isə dərhal evakuasiyaya və xəsarət alanlara kömək etməyə imkan verib. Bu isə daha çox ölənin olmasının qarşısını alıb". 
 
Xatırladaq ki, Sankt- Peterburq metrosunun "Sennaya ploşad" və "Texnoloqiçeski İnstitut-2" stansiyaları arasında partlayış ötən gün günorta saatlarında baş verib. Ən son məlumata görə, 11 nəfər ölüb, 51 nəfər isə yaralanıb. 
 
Artıq terror aktını törədən kamikadze haqqında ilkin məlumat da yayılıb. Məlumata görə, metroda partlayıcı qurğunu işə salan şəxs Mərkəzi Asiyadandır və onun Suriya döyüşçüləri ilə əlaqəsi olub. 

Google+ WhatsApp ok.ru