Meydan TV ilə əməkdaşlıq edən jurnalistlər yenidən MCMBİ-yə çağırılıblar

Meydan TV internet televiziyası ilə əməkdaşlıq edən jurnalistlər Sevinc Vaqifqızı, İzolda Ağayeva və Aytən Fərhadova bu gün sentyabrın 22-də yenidən DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə çağırılıblar.
 
Onlar idarəyə hüquqi nümayəndələri Namizəd Səfərovla birlikdə gediblər.
 
Dindirildikdən sonra sərbəst buraxılıblar.
 
Qeyd edək ki, qızlar sentyabrın 20-nə keçən gecə də Kiyevdən qayıdarkən saxlanılıb və 12 saatdan sonra sərbəst buraxılıblar.
 
Onlara Mingəçevir hadisələri və Meydan TV-nin fəaliyyəti ilə bağlı sorğu-sual ediliblər.

Google+ WhatsApp ok.ru