Mingəçevir olaylarına görə polis zabiti həbs olundu

Mingəçevirdə baş vermiş hadisələrlə bağlı polis əməkdaşı həbs olunub.
 
Maide.az  xəbər verir ki, bunu  Meydan tv-yə  açıqlamasında  Mingəçevirin polis rəisi Ələsgər Bədəlov  deyib.
 
"Məsələ ilə bağlı polis baş leytenantı Şahlar Şahlarzadə işdən çıxarılıb, hazırda saxlanılıb. Çünki Şahlar hal şahidi gətirməyə getməklə səhlənkarlığa yol verib. Mənim özümə də şiddətli töhmət verilib. Çox doğru qərardı, mənim də səhvim olub, nəzarətsiz buraxmışam.
 
Hamı bilməlidir ki, polis də cavab verəcək, vətəndaş da. Hələ heç vətəndaş bilmir ki, polis həbs olunub. Heç kimə ixtiyar verilmir ki, qanunu pozsun. Dövlətin vəzifəsi vətəndaşını qorumaqdır, ona görə də lazım gələndə gücünü göstərməlidir."/

Google+ WhatsApp ok.ru