Misirdə 3 aylıq fövqəladə vəziyyət elan edildi 28 Aprel 2020 10:25 Xəbərlər Misir prezidenti Əbdülfəttah əs-Sisi bu gecədən başlayaraq ölkədə 3 aylıq fövqəladə vəziyyət elan etdi. Maide.Az xəbər verir ki, Fərmana əsasən, silahlı qüvvələrə və hüquq-mühafizə orqanlarına terror təhlükəsi ilə mübarizə, ölkədə təhlükəsizliyin təmin edilməsi, ictimai və şəxsi mülklərin qorunması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi tapşırılıb. Baş nazirin 162 saylı "Fövqəladə hallar Qanunu"na əsasən prezidentə verilən səlahiyyətlər artılıb. Prezidentin verdiyi qərarlara əməl etməyənlər həbs cəzasına məhkum ediləcəklər. Qərarın səbəbi olaraq ölkənin sağlamlıq və təhlükəsizlik sahəsində təhlükəli vəziyyəti göstərilib. Teqlər : #Misirdə,#aylıq,#fövqəladə,#vəziyyət,#elan,#edildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran ən böyük PUA-sını hücum məqsədi üçün istifadə etməyə hazırlaşır New York-da 500 min nəfərə iftar paylanacaq