Mitinq, küçə yürüşləri qadağalarını pozanlara qarşı YENİ CƏZALAR 25 Aprel 2018 01:00 Hüquq -- Layihə Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq Azərbaycanda mitinq, küçə yürüşləri, nümayiş, piket və digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qadağaların pozulmasına görə yeni cəzalar müəyyənləşdirilir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 517-2.13 maddəsinin əlavə edilməsi təklif olunub. Layihəyə görə, yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qoyulmuş qadağa və ya məhdudiyyətlərə əməl olunmamasına görə, fiziki şəxslər 300 manatdan 500 manata qədər cərimə edilir və ya işin halları, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 30 günədək müddətdə inzibati həbs tətbiq olunur. Vəzifəli şəxslər isə 600 manatdan 900 manata qədər cərimələnir, hüquqi şəxslər isə 4 000 manatdan 6 000 manata qədər cərimə cəzası alır. Layihə Milli Məclisin mayın 1-də və 4-də keçiriləcək ardıcıl iclaslarından birində müzakirəyə çıxarılacaq. (apa) Teqlər : #Mitinq,#küçə yürüşləri qadağalarını pozanlara qarşı YENİ CƏZALAR, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İki vəkilin fəaliyyəti bir illik dayandırılıb Freedom House: Medianın müstəqilliyi bütün dünyada təhlükədədir