Moskvada insan oğurluğunda şübhəli bilinən azərbaycanlılar saxlanıldı

Moskva polisinin əməkdaşları paytaxt sakini və onun oğlunu oğurlamaqda şübhəli bilinən iki Azərbaycan vətəndaşını saxlayıb.
 
İstintaqın versiyasına görə, dekabrın 4-də iki naməlum şəxs kommunal xidmətin əməkdaşları adı altında zərər çəkənin evinə daxil olub, onu döyüb və Tula vilayətindəki kirayə evə aparıblar. Növbəti gün bu yolla cinayətkarlar onun oğlunu oğurlayıblar. Oğrular evin yiyəsindən evi onların birinin adına yazdırmağı tələb ediblər. Dekabrın 6-da isə polisə bir qadın müraciət edərək qohumları ilə əlaqə saxlaya bilmədiyini deyib. 
 
İki həftədən sonra  - dekabrın 20-də cinayət axtarışı idarəsinin əməkdaşları hər iki girovu azad edib və ehtimal olunan cinayətkarları saxlayıb. 
 
Oğurluq və şantaj faktı ilə bağlı cinayət işi açılıb.  

Google+ WhatsApp ok.ru