Moskva Suriyada seçkini dəstəkləyir

“Suriyada bugünkü seçkilərdə məqsəd ölkədə hər hansı bir siyasi və ya hüquqi boşluğa yol verilməməsindən irəli gəlir”.
 
Bunu aprelin 13-də Rusiyanın xarici işlər naziri Sergei Lavrov aprelin 13-də Moskvada keçirdiyi mətbuat konfransında deyib:
 
“Artıq anlaşma var ki, siyasi prosesin nəticəsi olaraq Suriyada yeni konstitusiya olmalı və bunun əsasında vaxtındanəvvəl yeni seçki keçirilməlidir. Amma hələlik bu baş vermədiyindən Suriyada hüquqi sahə və icraçı hakimiyyətə heç bir boşluğa yol verilməməlidir.vBu seçki də bundan irəli gəlir və biz buna məhz bu cür yanaşırıq”, deyə Lavrov vurğulayıb.
 
Lavrov həmçinin qeyd edib ki, o ki, qaldı Suriya ilə bağlı sülh prosesinə, biz həm hökumət, həm də müxalifətlə işləyirik, bizim Qərb tərəfdaşlarımız isə hökumətlə heç bir əlaqəyə girmək istəmirlər.
 
Aprelin 13-də Suriyada  parlament seçkiləri keçirilir. 

Google+ WhatsApp ok.ru