Müqəddəs Kərbəlada 2 terror aktı törədilib 26 Avqust 2014 01:00 Xəbərlər Müqəddəs Kərbəlada 2 terror aktı törədilib. Hadisə nəticəsində 12 nəfər şəhid olub. Kərbəlada Həzrəti Əbülfəzl Abbasın (ə) müqəddəs hərəmi yaxınlığında bomba yerləşdirilmiş iki maşının partladılması nəticəsində daha 30 nəfər də yaralanıb. Bomba yüklü maşınlardan biri "Meysəmi Təmmar" küçəsində partladılıb, digəri isə "Tuveyric" bölgəsində partladılıb. Hadisə zamanı partlayış səslərini eşitmiş şahidlərdən biri, hadisə yerindəki İraq televiziyasının Türkiyə əməkdaşı Cevat Gök bu haqda fikirlərini bölüşüb. "İlk dəfədir ki, Kərbəlada belə partlayış eşidirəm. Kərbəla eyni Kərbəladır", - deyə jurnalist statusunda bildirir.Deyerler / Teqlər : #Müqəddəs Kərbəlada 2 terror aktı törədilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabah Bakının bəzi yerlərində havanın temperaturu 40 dərəcəyədək yüksələcək Azərbaycanda narkomanların sayı açıqlandı