Müsəlman mütəfəkkirlər İstanbulda toplaşacaq

Müsəlman mütəfəkkirlər İstanbulda toplaşacaq

-- İslam dünyasının 21-ci əsrdə məruz qaldığı çətinliklərə qarşı yeni həll yolları tətbiq etmək məqsədilə

İslam dünyasının 21-ci əsrdə məruz qaldığı çətinliklərə qarşı yeni həll yolları tətbiq etmək məqsədilə İstanbulda “Gələcəyin müsəlman mütəfəkkirləri forumu” keçiriləcək.
 
Maide.az “İQNA”ya istinadən xəbər verir ki, forum sentyabrda İbn Haldun Universitetinin təşkilatçılığı ilə baş tutacaq.
 
Bununla bağlı İslam Konfransı Gənclər Forumunun sədri Elşad İskəndərovla universitetin rektoru Rəcəb Şəntürk arasında protokol imzalanıb.
 
R.Şəntürk imza mərasimindən sonra bildirib ki, İslam mütəfəkkirləri yetişdirmək üçün akademik çalışmalar həyata keçirilir:
 
“Təşkil ediləcək forum həm Türkiyə, həm də İslam dünyası üçün çox faydalı olacaq. Buraya İslam ölkələrindən gələn çoxlu gənclər var. Həm universitetimizi görəcəklər, həm də Türkiyədəki İslam düşüncəsi istiqamətində görülən işlərə şahidlik edəcəklər”.
 
E.İskəndərov isə forumda əsas məqsədin gənc mütəfəkkirləri bir yerə toplayaraq, onların düşüncələrini sistemləşdirmək, müsəlman dünyasının alimləri ilə paylaşmaqdır.
 

Google+ WhatsApp ok.ru