Müsəlman taksi sürücülərinin aksiyası səmərə verdi 23 Aprel 2019 10:37 Xəbərlər ABŞ-ın Filadelfiya hava limanında çalışan müsəlman taksi sürücülərinin camaat namazı qılmaq üçün etirazı səmərə verib. Maide.Az “philly” istinadla xəbər verir ki, Filadelfiya hava limanında çalışan 300-ə yaxın müsəlman taksi sürücüsü hava limanı rəhbərliyinin taksi duracağını dəyişməsi və yeni duracaqda sürücülərə səyyar namaz otağından istifadəyə icazə verməməsinə qarşı etiraz edib. Qeyd edək ki, onlar namaz otağı ilə təmin olunmayacaqları təqdirdə aclıq aksiyası keçənəcəklərini bildirmişdilər. Filadelfiya hava limanı rəhbərliyi taksi sürücülərinin bu etirazından sonra həmin sürücülərə yeni duracaqda səyyar namaz otağı ilə təmin edib. Teqlər : #Müsəlman,#taksi,#sürücülərinin,#aksiyası,#səmərə,#verdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 'Gəncə işi'ndə tutulanların valideynləri aksiya keçirib Moskva-Yerevan reysində sərnişin öldü - Təyyarə təcili eniş etdi