Müsəlman taksi sürücüsü maşında qalan 70 min avronu sahibinə qaytarıb 15 Noyabr 2019 12:02 Xəbərlər Polşadan Tehrana gələn ailə taksidə 70 min avro pulunu unudub. Maide.Az İran KİV-lərinə istinadla xəbər verir ki, Əli Həsən Zəfəri adlı sürücü apardığı sərnişinləri xeyli axtarmalı olub. Onları tapa bilmədikdə vicdanlı sürücü maşında qalan çantanı götürüb Polşanın Tehrandakı səfirliyinə gedib və pulu oraya təhvil verib. Sürücünün bu hərəkətini yüksək qiymətləndirilib. Tehran şəhərinin meri Piruz Hənaçı sürücüyə medal və pul mükafatı verib. Teqlər : #Müsəlman,#taksi,#sürücüsü,#maşında,#qalan,#min,#avronu,#sahibinə,#qaytarıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Batumidə etiraz aksiyası keçirilib, saxlanılanlar var İldırım, leysan azı 27 nəfərin həyatına son qoyub