Müsəlman fotoqraf dünyanı məscidin pəncərəsindən göstərdi - FOTO

Müsəlman fotoqraf dünyanı məscidin pəncərəsindən göstərdi - FOTO

Müsəlmanlarla digər cəmiyyət arasındakı əlaqəni yeni bir rakursdan göstərməkdən ilham alan fotoqraf Marvan Bassiouni, Hollandiyadakı 70-dən çox məsciddə "Yeni Holland Görüşləri" adlı bir sıra mənzərə fotoşəkillərini çəkmək üçün ziyarət edib.
 
Maide.Az "islam.ru"a istinadla xəbər verir ki, rəssamın sərgisi martın 14-dən mayın 10-dək Parisdə keçiriləcək.
 
Mərvan Bassiouni beş il əvvəl Kral Rəssamlıq Akademiyasında fotoqrafiyanı öyrənmək üçün Hollandiyaya köçmüşdü. Özü İsveçrədəndir, əsli isə Amerika və Misirdəndir. Bir fotoqraf olaraq onu həmişə öz mənşəyi və dini, müxtəlif ölkələrdə həyat təcrübəsi və multikulturalizm, İslamla Avropa arasındakı dialoq maraqlandırıb.
 
Bu “Yeni Holland Görüşləri" fotolayihəsində əks olunub.
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru