MTN-nin həbsdə olan idarə rəisi apellyasiya şikayəti verib 24 Mart 2016 02:00 Hüquq Bir müddət əvvəl ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin həbsdə olan rəisi, general-mayor Sübahir Qurbanov apellyasiya şikayəti verib. Maide.az-ın məlumatına görə, onun şikayətinə martın 28-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Qeyd edək ki, bir müddət əvvəl Səbail rayon Məhkəməsinin qərarı ilə S. Qurbanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Apellyasiya şikayəti həmin qərardan verilib. Teqlər : #MTNnin həbsdə olan idarə rəisi apellyasiya şikayəti verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Büdcə təşkilatlarında maliyyə pozuntuları ilə bağlı cəza sərtləşdirilir Baş prokuror İntiqam Əliyevlə bağlı kassasiya protesti verib