Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu ‘pandemiya’ elan edib

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu ‘pandemiya’ elan edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu "pandemiya" elan edib.
 
ÜST-ün baş direktoru Tedros Adhanom Ghebreyesus deyib ki, Çindən kənarda qeydə alınan koronavirusa yoluxma hallarının sayı iki həftə ərzində 13 dəfə artıb.
 
O, "həyəcanlandıran hərəkətsizlik səviyyəsindən" "çox narahat olduğunu" bildirib.
 
Pandemiya dünyanın bir çox ölkəsində eyni zamanda yayılan xəstəliyə deyilir.
 
Bundan bir neçə saat sonra İtaliya bəyan edib ki, ərzaq dükanları və əczəxanalardan başqa bütün mağazalar bağlanacaq.
 
Avropada koronavirusa görə iş yerlərini ən çox bağlayan İtaliyanın Baş naziri Giuseppe Conte deyib ki, müştəri ilə aralarında "bir metr məsafə" saxlanmasına təminat verə bilməyən barlar, bərbərxanalar, restoran və kafelər, eləcə də şirkətlərin köməkçi şöbələri bağlanacaq. /bbc
 

Google+ WhatsApp ok.ru