Mövsüm Səmədov `karser`ə salınıb

AİP lideri Mövsüm Səmədovun ailə üzvlərinin FaktXəbər-ə verdiyi məlumata görə, 5 gündür Səmədov saxlanıldığı Qobustan qapalı rejimli həbsxanada cəza kamerasına salınıb. 
 
Mövsüm Səmədovun vəkili Anar Qasımlı bildirib ki, məsələdən xəbəri var və görüş üçün əlaqədar orqanlara müraciət edəcək. O, müvəkkilinin nəyə görə cəza kamerasına salındığını bilmdəyini dedi.  
 
Xatırladaq ki, AİP lideri Mövsüm Səmədov 2011-ci ilin yanvarında həbs edilərək, barəsində 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Google+ WhatsApp ok.ru