Müxalifət aprelin 9-na mitinq təyin edib 30 Mart 2017 01:00 Hüquq Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) aprelin 9-da sosial tələblərlə mitinq təyin edib. Bu barədə DQMŞ Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli bugünkü mətbuat konfransında bildirib. Aksiyanın Yasamal rayonunda “Məhsul” stadionunda keçirilməsi planlaşdırılıb. Ə.Kərimli qeyd edib ki, aksiya “Talana yox!”, “Korrupsiyaya yox!”, “Ailə hakimiyyətinə yox!”, “Siyasi məhbuslara azadlıq!” şüarları ilə keçiriləcək. O, vətəndaşları mitinqdə fəal iştiraka çağırıb. “Biz göstərəcəyik ki, ölkədə bu rejimə “dur” deyən qüvvələr var”, -Ə.Kərimli vurğulayıb. Onun sözlərinə görə, mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq göndəriləcək. (contact.az) Teqlər : #Müxalifət aprelin 9na mitinq təyin edib , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əli İnsanovun cinayət işi məhkəməyə göndərilib Siyəzəndə qiymət artımına etiraz edənlərə hökm oxunub