İnanclı kəsimin Hüquqlarının Müdafiə Komitəsinin iclası keçirilib -FOTO/VİDEO 16 Fevral 2018 02:00 Hüquq -- Azərbaycanda qeydiyyata düşən 160-dan artıq siyasi məhbus var Əsassız Həbs Edilən İnanclı Kəsimin Hüquqlarının müdafiə Komitəsinin iclası keçirilib. Maide.Az "İslaminSesi"-nə istinadən xəbər verir ki, Azərbaycan Ziyalılar Birliyinin mənzil qərərgahında baş tutan tədbirdə ölkənin tanınmış ictimai-siyasi xadimləri, ziyalılar və məhbus ailələri, təşkilat rəhbərləri, o cümlədən ruhani alimlər və media mənsubları iştirak ediblər. Tədbiri giriş nitqi ilə açan Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, öncəliklə təşrif buyuran qonaqları salamlayıb. O, bildirib ki, Azərbaycanda inanclı insanlara qarşı hakimiyyətin repressiv siyasəti artıq pik həddə çatıb və ölkədə vəziyyət ağırlaşıb. Bu isə öz növbəsində ölkəni gözləyən təhlükədən xəbər verir. Ziyalılar Birliyinin sədri qeyd edib ki, həbs olunan inanclı insanların zərrə qədər də günahları yoxdur. Onlar sadəcə mənəviyyatımızı və əxlaqımızı, milli-mənəvi dəyərlərimizi qorumaq üçün mübarizə aparırlar. Ardınca tədbirdə söz alan Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli də mövzu ətrafında maraqlı fikirlər səsləndirib. O, bildirib ki, Azərbaycanda qeydiyyata düşən 160-dan artıq siyasi məhbus var. Bu yalnız rəsmi rəqəmlərdir. Onların demək olar ki, hamısı şərlənərək günahsız yerə həbs olunub. Rövşən Əhmədli əlavə edib ki, ölkədə hüquq və azadlıqlar mövcud deyil . Buna görə də Azərbaycanda ədalətdən danışmaq absurddur. Tədbirdə söz alan digər qonaqlar da ölkədə inanclı kəsimə qarşı tüğyan edən repressiyalardan, söz azadlığının boğulmasından, baş verən qanunsuzluqlardan söz açıblar. Tədbir mövzu ətrafında diskusiyalarla davam etdirilib. Teqlər : #İnanclı kəsimin Hüquqlarının Müdafiə Komitəsinin iclası keçirilib FOTO/VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həbsxanalarımızda 20 min məhkum saxlanılır Jurnalistlə bağlı hökm dəyişdirilmədi