Nardaranda vəziyyət necədir? 27 Noyabr 2015 02:00 Xəbərlər Dünən Nardaran qəsəbəsində baş verən silahlı insidentdən sonra yaranmış vəziyyət stabilləşməkdədir. Bu barədə “Qafqazinfo”ya hazırda Nardaranın girişində yaradılmış qərargaha nəzarət edən Hüquq Mühafizə Orqanlarının rəhbərlərindən biri məlumat verib. Qərargah rəsmisi bildirib ki, dünənki olaylardan sonra kənddə sabitlik hökm sürsə də, qəsəbənin giriş və çıxışları nəzarət altında saxlanılır. Kəndin içində toplaşan bir qrup sakin dəfnə hazırlıq görürlər. Rəsminin sözlərinə görə, polis onların dəfninə heç bir müdaxiə etməyəcək, yalnız təhlükəsizlik tədbirləri üçün kəndə nəzarət davam etdirilir. / Teqlər : #Nardaranda vəziyyət necədir?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İranın “Məscid Süleyman” şəhərində zəlzələ baş verib Ruhaninin harada saxlanılmasından xəbər yoxdur