Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslər son söz deyiblər 04 Dekabr 2017 02:00 Hüquq -- Dekabrın 6-da hökm elan ediləcək Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Faiq Allahverdiyev, Mehman Məmmədov və Mehman Quliyev son sözlə çıxış ediblər. Bununla təqsirləndirilən şəxslər son sözlərini bitiriblər. Hakimlər müşavirəyə gediblər. Dekabrın 6-da hökm elan ediləcək.(faktxeber) Teqlər : #Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslər son söz deyiblər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hacı Məmmədov ağciyər xərçəngi və vərəmdən əziyyət çəkirmiş Prokuror Əziz Orucova 7 il iş istədi