''Nardaran işi'' üzrə həbs edilənlərin qohumlarına təzyiq göstərilir

''Nardaran işi'' üzrə həbs edilənlərin qohumlarına təzyiq göstərilir

''Nardaran işi'' üzrə həbs edilənlərin qohumlarına təzyiq göstərilir. "Turan" yazır ki, noyabrın 16-da Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ilahiyyatçı Taleh Bağırzadə belə deyib.
 
O, məhkəmə nəzarətçilərinin ittiham olunan şəxslərin prosesə gələn doğmalarının şəxsiyyət vəsiqələrini yığaraq sürətini çıxardıqlarını, sonradan ünvan məlumatlarından istifadə edərək onlara təzyiq göstərdiklərini deyib.
 
Xüsusən, müttəhim İbrahim Xudaverdiyev bildirib ki, onun qohumları prosesdə iştiraka görə təzyiqə məruz qalırlar.
 
Xudaverdiyevin sözlərinə görə, qaynını polisə çağırıblar və bacısının (Xudaverdiyevin həyat yoldaşı) məhkəməyə getməməsini tələb ediblər. (meydantv) 
 

Google+ WhatsApp ok.ru