Natiq Kərimovla İnqilab Əhədov ittihamı qəbul etmir

Natiq Kərimovla İnqilab Əhədov ittihamı qəbul etmir

Fevralın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun məhkəməsi başlayıb.
 
Meydan TV-nin məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə qapalı keçirilən iclasda məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib.
 
İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini günahkar bilməyiblər.
 
Məhkəmə iclası martın 2-də davam edəcək.
 

Google+ WhatsApp ok.ru