NATO qüvvələri 14 Əfqanıstan əsgərini öldürdü

NATO qüvvələri Kabilin cənubunda Taliban terroçuları əvəzinə Əfqanıstan ordusunun qərargahını bombaladı. 

Maide.az Əfqanıstan KİV-lərinə istinadən məlumat verir ki, bu gün səhər iki NATO vertolyotu Luqar vilayətində Əfqanıstan hərbiçilərinin qərargahını bombalayıb. Hadisə nəticəsində 14 Əfqanıstan əsgəri həlak olub. 

NATO -nun Əfqanıstandakı nümayəndəliyi iddia edib ki, hücumdan məqsəd Taliban terrorçuları olub və səhvən Əfqanıstan əsgərlərinin qərargahı bombalanıb. 

Qeyd edək ki, indiyədək NATO və ABŞ qüvvələrinin Əfqanıstanın müxtəlif bölgələrindəki bombardımanlar nəticəsində yüzlərlə dinc sakin həlak olub.  /

 

Google+ WhatsApp ok.ru