NEFTÇALADA “QƏDİR-XUM” BAYRAMI QEYD OLUNDU

Dünən Neftçala rayonunda “Qədir-Xum” günü münasibətilə bayram tədbiri keçirilib.  
 
İslaminsesi.org-un verdiyi xəbərə görə, bayram tədbiri AİP Neftçala komitəsinin və rayon dindarlarının birgə səyi nəticəsində ərsəyə gəlib.
 
100-dən artıq Neftçala və Salyan rayonunun dindar və ziyalılarının qatıldığı bayram mərasimi Qurani Kərimin tilavəti ilə başlayıb.
 
Tədbirdə AİP Neftçala rayon komitəsinin sədri kərbəlayi Elnur Hüseynov çixiş edərək məcliş iştirakçılarını AİP rəhbərliyi adından salamlayıb və onların bayramlarını təbrik edib. Komitə sədri rayon dindarlarına Haci Mövsumlər, Hacı Abgüllər, Hacı Talelər ətrafında sıx birləşməyə çağırış edib.
 
Daha sonra tədbirdə çıxış edənlər “Qədir-Xum”un mahiyyətinə toxunub və son dövrdə islamçılara qarşı artan təzyiqlərdən danışaraq bu qərəzli münasibətləri kəskin şəkildə pisləyiblər.
 
Mərasim iştirakçıları saxta ittihamlarla həbs olunmuş bütün ruhani və dindarların tezliklə azad olunması üçün Uca Allaha dua edib və salavatlar söyləyiblər.
 
Sonda qonaqlar  ehsan süfrəsinə dəvət olunub.
 
 
 

Google+ WhatsApp ok.ru