''Neftçilər razılaşmadıqları əmək müqaviləsini imzalamağa məcbur edilir''

''Neftçilər razılaşmadıqları əmək müqaviləsini imzalamağa məcbur edilir''

''Azneft'': ''İstəməyən işə qəbul edilməsin''
 
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına "Azneft" İstehsalat Birliyində çalışan bir neçə nəfər müraciət edib.
 
Neftçilər SOCAR-ın “Azneft” İstehsalat Birliyi, “28 May” və Neft Daşları Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) onlara təklif etdiyi əmək müqaviləsinə edilmiş əlavədən narahatlıqlarını bildirirlər. İşçilər bu əlavənin onları qane etmədiyini, lakin imzalamağa məcbur edildiklərini deyirlər. Birliyin sədri Mirvari Qəhrəmanlı öz "Facebook" səhifəsində yazır ki, Əmək Müqaviləsinin 9.5 bəndinə Əmək Məcəlləsinin 75-ci maddəsinin bəzi maddələri əlavə olunub (əməkmüqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi):
 
"Göstərilən bəndlərin hamısı işçilərin hüquq və təminatlarının səviyyəsini azaldır, işçiilə əmək müqaviləsinin ləğv edilməsinin asanlaşdırılması məqsədi daşıyır.
 
İşçi üçün heç bir əhəmiyyət daşımır, heç bir əlavə güzəştvə təminatlar yaratmır. Əksinə, işçi bununla bir çox güzəşt və təminatlardan məhrum edilir. Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinin şərtlərinin zorla və ya məcburi surətdə dəyişdirilməsi qadağandır”.
 
Əmək Məcəlləsinin 43-cü maddəsinə əsasən:
 
3. Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.
 
4. Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.
Mirvari Qəhrəmanlıl bütün bunları işçini işdən çıxarmaq üçün növbəti bəhanə sayır.
 
Meydan TV məsələyə münasibət öyrənmək üçün “Azneft” İstehsalat Birliyi ilə əlaqə saxlayıb. Birliyin kadrlar şöbəsindən bildiriblər ki, həmin şərtlər Əmək Məcəlləsində nəzərdə tutulmadığından sonradan əlavələr şəklində hazırlanıb:
 
"Bu, ümumi formadır. Bildiyiniz kimi müqavilə məcburi imzalanmır. İşə götürəndə qol çəkilir. Əlavələrlə razılaşmayan imzalamazdı. “Azneft” heç kimi məcbur etmir. Qol çəkirlər, sonra da deyirlər, razı deyillər”.
Kadrlar şöbəsinin özünü Mehriban xanım kimi təqdim edən işçisi bildirdi ki, özü də Əmək Müqaviləsinə olan əlavələrə qol çəkib. Burada qanunsuz heç nə yoxdur: “Bu bənd bütün müqavilələrdə var. Razı deyillərsə, işə qəbul olmasınlar. Mən onların hansı bəndlə razılaşmadığını bildim. Və həmin bənd heç kimin hüquqlarını pozmur, Əmək Məcəlləsində də var. Bilirsiniz necədir? Bizdə işçilər pensiya vaxtı çatanda da getmək istəmirlər. İllərlə qalıb işləmək istəyirlər. Ona görə də onların əmək müqaviləsinə əlavələr edildi. Hətta 2014-cü ildən bu yana işə qəbul olunanların hamısının əmək müqaviləsində o bənd var. Yenə də deyirəm, istəmirlərsə, işə qəbul edilməsinlər”. /

Google+ WhatsApp ok.ru