İngiltərənin `Norwich` Müsəlman icmasına Quranın qədim nüsxəsi hədiyyə edildi

Birinci Dünya Müharibəsi zamanı məhv olmaq təhlükəsində olan bu qədim Quran nüsxəsi Britaniya əsgər tərəfindən Pakistandan İngiltərənin “Norfolk” şəhərinə aparılıb.
Maide.az xəbər verir ki, bu yaxınlarda həmin britaniyalı şəxsin qızı bu qədim Quran nüsxəsini bir qrup müsəlmana hədiyyə edib.
"Norwich" və "Norfolk" şəhərlərində yaşayan müsəlman İcmasının üzvlərindən olan Məsud Qadir bu haqda deyib: Çox maraqlıdır ki, qeyri-müsəlman bir şəxs bu qədim Quran nüsxəsini 100 il qoruyub saxlayıb.
O əlavə edib: Bu bizə bir dərs ola bilər ki, bir-birimizə və aramızdakı məzhəb fərqlərinə hörmətlə yanaşaq və ən əsası, insanlığa sadiq qalaq. Çünki, biz hamımız insanıq. /
 

Google+ WhatsApp ok.ru