İntiqam Əliyevin məhkəməsində dava düşüb 10 Mart 2015 02:00 Hüquq Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hüquqşünas İntiqam Əliyevin məhkəməsində qalmaqal yaranıb. Məhkəmə yarımçıq qalıb və hakim zalı boşaldıb. Qalmaqal Hüquq Maarifçiliyi Cəmiyyətində mühasib olmuş Gülşən Orucovanın jurnalistləri təhqir etməsindən sonra başlayıb. Onun təhqirləri zalda oturanların etirazına səbəb olub. Hər şey Gülşən Orucovanın bacısı Əfsanə Orucovanın zərərçəkən kimi ifadə verməsindən başlanıb. Onun müdafiə tərəfinin suallarına cavab verə bilməməsi, Gülşən Orucovanın bu suallara müdaxiləsi məhkəmədə iştirak edənlərin etirazına səbəb olub və dava-dalaş yaranıb. Məhkəməni yarımçıq saxlayan hakim prosesi martın 17-ə qədər təxirə salıb. azadliq radiosu / Teqlər : #İntiqam Əliyevin məhkəməsində dava düşüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində “hökm” qüvvədə saxlanılıb Əli İnsanov Avropa İttifaqına müraciət etdi