İntiqam Əliyevin işindən son xəbər

“İntiqam Əliyevin işi ilə bağlı Ali Məhkəməyə şikayət ərizəsi hazırlanır. Məlum olduğu kimi apelyasiya məhkıməsi bitib. Bu baxımdan yubanmadan ölkədki instansiyalarla bağlı prosesləri bitirmək istəyirik”. Bunları Deyerler.org-a fikirlərini bölüşərkən vəkil Fəxrəddin Mehdiyev bildirib.
O qeyd edib ki, İntiqam Əliyev 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb: “Ali Məhkəməyə sənədlərin verilməsi ilə bağlı kifayət qədər vaxtımız var. Amma biz bu prosesi yubatmaq istəmirik. Sənədlərin hazırlıq prosesi gedir. Düşünürəm ki, Ali Məkəməyə yaxın iki həftə ərazində sənədlər təqdim ediləcək. Məlum olduğu kimi İntiqam Əliyev 6 saylı cəzaçəkmə müəssisəsinə köç2rülüb. İntiqam Əliyevlə görüşmək üçün də penitensiar xidmətə məktub ünvanlamışam. Düşünürəm ki, gələn həftə görüşmüz də baş tutacaq. Səhhəti ilə bağlı da görüşdən sonra daha geniş məlumat verə biləcəyəm". /

Google+ WhatsApp ok.ru