İntiqam Əliyevin vəkili: “Yaxında Ali Məhkəməyə şikayət ərizəsi verəcəyik”

“İntiqam Əliyevlə sentyabrın 29-da görüşmüşəm. Səhhəti ilə bağlı şikayətləri olmadı. Qeyd etdi ki, möhkəmdir”. Bunları İntiqam Əliyevin vəkili Şəhla Hümbətova Deyerler.org-la məlumat verərkən deyib. İntiqam Əliyevin səhhətindә ciddi problemin olmadığını bildirәn vәkil hәmçinin demişdir: “Onun müalicə müsissəsinə köçürülməsi ilə bağlı məsələ gündəmdə deyil. Çünki, görüş zamanı heç bir şikayət etmədi və hamıya yaxşı olduğunu çatdırmağımı istədi. İntiqam Əliyevin işi ilə bağlı Apellyasiya Məhkəməsinin ilkin qərarından Ali Məhkəməyə şikayət verilib. İş artıq icraatdadır. Yekun qərarın hazırlanması ilə bağlı sənədlər hazırlanır. Düşünürəm ki, 1-2 həftəyə Apellyasiya Məhkəməsinin yekun qərarından şikayət veriləcək”. /

Google+ WhatsApp ok.ru