Orta Asiyanın ən böyük məscidinin açılışı keçiriləcək

Orta Asiyanın ən böyük məscidinin açılışı keçiriləcək

Orta Asiyanın ən böyük məscidinin açılış mərasimi Tacikistanın paytaxtı Duşənbə şəhərində keçiriləcək.
 
Maide.Az IQNA-a istinadla xəbər verir ki, Tacikistanın tikinti və memarlıq idarəsinin məlumatına əsasən bu məscidinin açılış mərasimi 2019-cu ilin Oktyabr ayında keçiriləcəkdi, lakin 2020-ci ilin Mart ayına kimi təxirə düşdü.  BUna səbəb  Qətərin əmirinin Tacikistana səfərinin  tarixinin dəyişməsi olmuşdu.  Qətərin əmiri məscidin açılış mərasimində iştirak edəcək.
 
Məscidin tikintisinə 2009-cu ildə tacikistanlı və qətərli memarlar və inşaat mütəxəssisləri tərəfindən başlanıb. Məscidin 75 metrlik 4 minarəsi var. Məscidin mərkəzində 47 diyametrlik böyük bir günbəz və yanında da 20 diyametrlik kiçik günbəz yerləşdirilib. Bu məsciddə 120 min insan namaz qıla biləcək.
 
Layihəsi 100 min dollara başa gələn məscidin idman zalı, kitabxana, toplantı salonu və qonaq otağı var.  

Google+ WhatsApp ok.ru