Şoyqu: Bir sıra Asiya ölkələri S-400 sistemləri almaq istəyir 23 Yanvar 2018 02:00 Xəbərlər -- Bu gün iki S-400 kompleksi Suriyada... Bir sıra Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələri Rusiyadan S-400 zenit-raket sistemlərinin alışına maraq göstərir. Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bu barədə Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib. O, hazırda müvafiq danışıqların aparıldığını deyib: "Bu gün iki S-400 kompleksi Suriyada Hmeymim və Tartusun hava hücumundan etibarlı müdafiəsini təmin edərək gecə-gündüz növbə çəkir. Taktiki-texniki xüsusiyyətləri baxımından bu unikal komplekslərin dünyada tayı-bərabəri yoxdur. Bunu NATO üzvü olan Türkiyə ilə S-400-lərin tədarükü üzrə imzalanmış müqavilə də aydın şəkildə təsdiq edir". Bununla belə, S.Şoyqu konkret olaraq hansı Asiya ölkələrinin S-400 zenit-raket sistemlərinə maraq göstərdiyini açıqlamayıb. Teqlər : #Şoyqu: Bir sıra Asiya ölkələri S400 sistemləri almaq istəyir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xırdalanda etiraz – AAAF Park sakinləri yolu bağladılar - VİDEO Türkiyə: Afrin əməliyyatına qarşı söz deyən 40-dan çox adam həbs olunub