Pakistanda Əhli-Beyt (ə) ardıcıllarına qarşı hücumlarla bağlı paytaxtda etiraz aksiyası keçirilib- FOTO

Pakistanda Əhli-Beyt (ə) ardıcıllarına qarşı hücumlarla bağlı paytaxtda etiraz aksiyası keçirilib- FOTO

 Pakistanda şiə partiyası olan Müsəlman Birlik Məclisinin siyasi fəalları və tərəfdarları, ölkədəki çox sayda şiənin ölümünə səbəb olan yeni terror və məzhəb hücumlarına etiraz olaraq, Pakistanın paytaxtı İslamabadda mitinq keçiriblər.

 
Siyasi fəallar və Müsəlman Birliyi Məclisi partiyasının bəzi rəsmiləri ötən gün (17 sentyabr) İslamabaddakı Jurnalistlər Klubunun qarşısına toplaşaraq, Pakistanın bəzi bölgələrində təkfirçi ünsürlərin yeni hədəfli qətl və terrorlarına qarşı etiraz ediblər.
 
Mitinq iştirakçıları Pakistandakı hökumət, təhlükəsizlik və kəşfiyyat qurumlarının Pakistan vətəndaşlarını, xüsusən də şiələri qorumaq və terror hücumlarını dayandırmaq, ekstremist və təkfirçi qruplara qarşı əməliyyatları gücləndirmək üçün təcili tədbirlər görməli olduğunu bildiriblər.
 
Pakistandakı təkfirçi ünsürlərin hərəkətlərindən narahat olduqlarını və ölkədəki birliyi pozmağa çalışdıqlarını qeyd edən fəallar, bunları deyiblər: “İslamabad hökuməti Pakistanın Kuhat, Pəncab və Sindh şəhərlərində şiələrə hücum edən ünsürləri bir an əvvəl həbs etməlidir və onlar əməllərinə görə cəzalandırılmalıdır”.
 
Pakistan şiə qruplarının səlahiyyətliləri mitinqdə yeni hədəfli qətl dalğasının təkfirçilərin Pakistanda qeyri-sabitlik və etibarsızlıq axtarışının bir əlaməti olduğunu, bu səbəbdən hökumətin cəmiyyətin birliyinin əsas elementlərini və düşmənlərini müəyyənləşdirmək üçün daha çox çalışmalı olduğunu söyləyiblər.
 
Pakistanın öndə gələn şiə partiyalarından biri olan Müsəlman Birlik Cəmiyyətinin baş katibi Əllamə Rəca Nasir Abbas Cəfəri Kohat qəsəbəsindəki hədəfli terror hücumunda iki şiənin ölümünü qınayaraq, təkfirçilərin Pakistanı fitnə və məzhəb qarşıdurmasına cəlb etmək istədikləri barədə xəbərdar edib.
 
Pakistanda şiələrə qarşı terror aktları davam edir. Dünən paytaxt İslamabadda Seyid Rza Hüseyni Nəqvi adlı bir şiə təkfirçi terrorçular tərəfindən öldürülüb.
 
Terrorçular tərəfindən qətlə yetirilən Seyid Rza Hüseyin Nəqvinin bir bankda şöbə müdiri işlədiyi bildirilir.
 
Pakistanda 15 sentyabrda da Seyid İrtiza və Seyid Can adlı 2 şiə təkfirçilər tərəfindən öldürülmüşdü.
 
Pakistanda son vaxtlar şiələrə qarşı artan hücumlar eks-prezident Pərviz Müşərrəf tərəfindən terrorçu elan edilən Sepahe Səhabə Pakistan təşkilatı tərəfindən edildiyi bildirilir. Hər il bu təşkilat tərəfindən onlarla şiə qətlə yetirilir. Ən çox hücuma məruz qalan şəhər şiələrin kompakt yaşadığı Kvetta şəhəridir.
 
Təşkilatın bu yaxınlarda on minlərlə tərəfdarının iştirakı ilə keçirdiyi aksiyasında “Yaşasın Yezid (lən)”, “Şiə kafirdir” şüarları səsləndirilmişdir. /deyerler.org/
 
 
 
 

Google+ WhatsApp ok.ru