Pandemiya dövründə iqtisadi itkilərimiz nə qədər olub? - ekspert rəyi

Pandemiya dövründə iqtisadi itkilərimiz nə qədər olub? - ekspert rəyi

“Bizimyol.info”da dərc olunan “Pandemiya dövründə iqtisadi itkilərimiz nə qədər olub? - ekspert rəyi” sərlövhəli məqalədə isə pandemiyanın Azərbaycan iqtisadiyyatına vurduğu ziyanlar barədə iqtsadçı-ekspertlərin şərhlərinə yer verilib.
 
Müəllif yada salır ki, ölkədə karantin rejimi tətbiq olunanda  iqtisadiyyat naziri Mikayıl Cabbarov karantin rejiminin ölkə ÜDM-ə gündə 150 milyon manat ziyan vurduğunu bildirmişdi: “Statistikaya görə, ÜDM-in son 3 aylıq həcmi 4,2 milyard manat və ya 22 faiz azalıb. İş yerlərinin bağlanması ilə vətəndaşların sosial vəziyyətinin gərgin olduğunu anlamaq çətin deyil.
 
Bəs Azərbaycanın itkiləri nə oldu, hamımıza toxunan bu zərbənin həcmi nə qədərdir?
 
“2020-ci ilin mart-aprel-may aylarında 14,9 milyard manatlıq ÜDM istehsal olunub, bu, ötən ilin müvafiq dövrünə nisbətən 5 milyard manat azdır. Karantin dövründə, yəni 2020-ci ilin mart ayında iqtisadi itkilərimiz 884 milyon manat, aprel ayında 1,6 milyard manat,may ayında 1,7 milyard manat təşkil edib”.
 
İqtisadçı alim Qubad İbadoğlu bir ay ərzində 3,2% -lik azalma göstəricisini böyük rəqəm adlandırıb. Onun deməsinə görə, BVF ölkədə illik azalmanı 2,2% qiymətləndirib, “Hazırda 1,7 % azalma var. İlk ayın nəticələri bəlli olanda azalmanın daha çox olduğunu müşahidə edəcəyik”.
 
İqtisadçı Natiq Cəfərli isə heab edir ki, azalma rəqəmlərdə əks olunandan daha çoxdur: “Azərbaycanda hər şey neftin qiymətlərindən asılıdır. Azərbaycanda ÜDM-in formalaşmasında neftdən sonra tikinti və xidmət sektoru böyük rol oynayır. Martın 15-dən sonra bizdə bu sahələr demək olar ki, işləmir.ÜDM-in formalaşma sürəti demək olar ki sıfırlanıb”.
 
Ekspert deyir ki, itkilər sənayedə 25,4%, tikintidə 17% , turizmdə və ictimai iaşə sahəsində 41% təşkil edib. N.Cəfərli deyir ki, yollar bağlı olduğu üçün məhsullar kənddən paytaxta və digər ölkələrə aparıla bilmir, buna görə, kənd təsərrüfatı sahəsində də itkilər olacaq.
 
Ekspert vurğulayır ki, ÜDM-in həcminin böyük olması ondan vətəndaşlara düşən payın çox olması deməkdir, yəni maaşlar arta bilir, inkişaf sürətlənir və s. azalanda isə gəlirin azalması dövlətin xərclərin azalması deməkdir.
 

Google+ WhatsApp ok.ru