Paris hadisələrindən sonra Avropada məscidlərə hücumlar artıb

Bir sıra Avropa ölkələrində və eləcədə Kanadada məscidlər anti-islamçıların hədəfinə məruz qalıb.
 
Maide.az-ın məlumatına görə, indiyədək Qərbi Asiyada (Avropaya nəzərən Yaxın Şərqdə,  - red.)  bir çox müsəlmanları və bir qrup dini azlıqları qətlə yetirən İŞİD terrorçuları öz cinayətlərinin coğrafiyasını Avropaya doğru genişləndirərək onlarla insanın həyatına qəsd edib.
 
Bu hücumlar nəticəsində, Qərb ölkələrində anti-islam əhval-ruhiyyəsinin yeni dalğası formalaşıb ki bununla da bir sıra məscidlərə anti-islamçılar tərəfindən hücumlar təşkil edilib.
 
İspaniyada “Don Benito” məscidi
 
Naməlum şəxslər Parisdəki terror aktlarından bir gün sonra İspaniyanın “Don Benito” şəhər məscidinə od vurublar.
 
“Don Benito” şəhərinin meri deyib: Məscidə hücumun Parisdəki terror aktlarına cavab olaraq törədildiyi güman edilir.
 
İspaniyada görkəmli müsəlman şəxsiyyət kimi tanınan Mohəmməd əl- Qetbi bununla bağlı bildirib: Bunu törədən istənilən şəxs hədəfini düzgün seçməyib.
 
O əlavə edib: Bu şəhərdə yaşayan 500 müsəlman şəhərin 40 minlik yerli əhalisi ilə çox yaxşı yaşayırlar.
 
 
Hollandiyanın “Roosendaal” məscidi
 
Digər tərəfdən, naməlum şəxslər ötən gecə Hollandiyanın "Şimali Brabant» əyalətində yerləşən “Roosendaal” məscidini yandırıblar.
 
Niderland polisi yaydığı açıqlamada bildirib: Bu addım məscidin xəsarət görməsinə səbəb olub və yanğını törədən şəxsin tapılması üçün araşdırmalar davam edir.
 
Keçən il inşa edilən bu məscid Hollandiyanın "Şimali Brabant» əyalətinin ən böyük məscidlərindən biridir. /
 

Google+ WhatsApp ok.ru