Paris prokuroru: “Terror aktları şəhərin altı nöqtəsində törədilib”

Fransanın paytaxtı Parisdə baş vermiş terror aktları şəhərin altı müxtəlif nöqtəsində törədilib, bunu Parisin prokuroru Fransua Molens bəyan edib.
 
Onun sözlərinə görə, hadisə nəticəsində 5 terrorçu ölüb . Onlardan 3-ü  girovlar azad edilərkən “Bataklan” konsert zalında məhv edilib. Daha 2-si “Stad de Frans” stadionu yaxınlığında özlərini partladıb. Digər terrorçular qaçmağa nail olub.
 
Hazırda şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Terrorçuların tapılması üçün əməliyyat keçirilir.İnterfaks /

Google+ WhatsApp ok.ru