Payız fəslinin Azərbaycana gəlmə vaxtı açıqlandı 14 Avqust 2017 01:00 Xəbərlər Bu il payız fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb. AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, payız fəslinin Azərbaycana gəlişi sentyabrın 23-ü Bakı vaxtı ilə saat 00:02-də olacaq. X.Mikayılov qeyd edib ki, bu tarixdə yay fəsli baş çatacaq, ölkə ərazisinə payız fəsli daxil olacaq: “Qış isə ölkəmizə dekabrın 21-i Bakı vaxtı ilə saat 20.28-də gələcək”. Qeyd edək ki, bu il yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 14:28-də, yay fəslinin gəlişi isə iyunun 21-i Bakı vaxtilə saat 08:24-də qeydə alınıb. (apa) Teqlər : #Payız fəslinin Azərbaycana gəlmə vaxtı açıqlandı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kərbəla zəvvarlarının nəzərinə - Yeni gömrük keçid məntəqəsi açıldı Qaz sayğacları kütləvi şəkildə bloklanır?