Peşə təhsili haqqında dövlət sənədi ilə universitetə daxil olmaq mümkün olacaq

Peşə təhsili haqqında dövlət sənədi ilə universitetə daxil olmaq mümkün olacaq

Peşə məktəblərində tədris kredit sistemi ilə təşkil ediləcək
 
Azərbaycanda "Təhsil haqqında" qanuna dəyişiklik edilir.
 
Maide.Az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, qanuna yeni bənd əlavə olunur.
 
Yeni bəndə əsasən, yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılacaq.
 
Peşə təhsili haqqında dövlət sənədi ilə universitetə daxil olmaq mümkün olacaq
 
 Digər dəyişikliklə peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunacaq.
Peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom və ya sertifikat verilir.
 
Yüksək texniki peşə təhsilini bitirən şəxslərə subbakalavr ixtisas dərəcəsi veriləcək
 
Həmçinin yüksək texniki peşə təhsilini bitirən şəxslərə orta ixtisas təhsili pilləsini (kollec) bitirən şəxslərə bərabər tutulan subbakalavr ixtisas dərəcəsi veriləcək.
 
Dəyişikliyə əsasən, yüksək texniki peşə təhsilini bitirmiş şəxslərə orta ixtisas təhsili pilləsini bitirmiş şəxslərə bərabər tutulan subbakalavr ixtisas dərəcəsinin verilməsi və və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul hüququnun təsbit olunması yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin təşkilində kredit sisteminin tətbiqini zəruri edir.
 
Belə ki, ali təhsil pillələri üzrə tədris Avropa Kredit Transfer Sisteminə uyğun olaraq hazırlanmış kredit sistemi ilə təşkil edilir ki, bu da təhsil pillələrində əldə edilmiş kreditlərin digər təhsil pilləsində tanınmasına imkan verəcək.
 
“Peşə təhsili haqqında” qanuna təklif olunan dəyişikliklər, bu məqsədlə “Təhsil haqqında” qanuna edilməsi nəzərdə tutulan dəyişikliklərə uyğun olaraq hazırlanıb.
 

Google+ WhatsApp ok.ru