Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 13-ü gündüz cənub-qərb küləyi 15-18 m/s, arabir 20 m/s, 14-ü isə gündüz şimal-qərb küləyinin 15-20 m/s, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.
 
Maide.Az xəbər verir ki, bu  barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
 
O qeyd edib ki, Azərbaycanın rayonlarında oktyabrın 13-14-də cənub-qərb, qərb küləyinin 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
 

Google+ WhatsApp ok.ru