Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Oktyabrın08-də gözlənilən hava şəraiti açıqlanıb.

 
Maide.Az xəbər verir ki, ETSN-dən bildirilib ki, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək
 
Abşeronda havanın temperaturu gecə 11-13°, gündüz 16-18°, Bakıda gecə 11-13°, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 45-50% olacaq.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-3° isti olacaq.
 
Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti oktyabrın 8-dək davam edəcək.
 
Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, oktyabrın 8-i gündüz, 9-da əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var.
 

Google+ WhatsApp ok.ru