Polis üç jurnalisti saxlayıb

Bu gün jurnalist Orxan Rüstəmzadə Bakı Ağır Cinayətlər Məhkəməsinin binası yaxınlığında Xədicə İsmayılovanın məhkəmə prosesindən çəkiliş apararkən saxlanılıb.

 
Jurnalist Nəsimi rayon 22-ci polis bölməsinə aparılıb. Onun  ardınca gələn həmkarları Şirin Abbasov və Rəvan Seyfullayev də saxlanılıb.
 
R.Seyfullayev telefonla Turan agentliyinə bildirib ki, onlar rəisin kabinetinə aparılıb. O.Rüstəmzadənin saxlandığı yer barədə məlumat yoxdur.azadliq.info/

Google+ WhatsApp ok.ru