Polis sərxoş qadınların ovuna başladı - FOTO

 Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 11-ci tağımının şəxsi heyəti paytaxt ərazisində iki gün ərzində 50 sərxoş sürücü aşkarlayıb. 
 
Maide.az xəbər verir ki, bu barədə Avtosfer.az-a 11-ci tağımın komandiri, polis baş leytenantı Mərdan Əliyev məlumat verib. 
 
Onun sözlərinə görə, yanvarın 30-31-də gecə keçirilən tədbirlər nəticəsində aşkarlanan 50 sərxoş sürücüdən 5 nəfəri xanım sürücü olub. 
 
Onların hər biri barəsində inzibati protokol tərtib edilib, avtomobillər isə cərimə meydançasına aparılıb.
 
Bundan əlavə, avtoxuliqanlıq edən 2 sürücü də saxlanılaraq barəsində inzibati protokol tərtib olunduqdan sonra məhkəməyə təqdim edilib.

Google+ WhatsApp ok.ru