Prezident aztəminatlıları 5 manatla “sevindirib”

Aztəminatlı ailələr gələn il bu ilkindən 5 manat və ya 3,7% çox müavinət alacaq. Əməkqabiliyyətli əhali 6 manat (+4,1%), pensiyaçılar 7 manat (+6,1%), uşaqlar 9 manat (+7,7%) çox alacaq.
 
Ölkə prezdenti «2016-cı ildə yaşayış minimumu haqqında» qanunu təsdiq edib. Yaşayış minimumu 136 manat, əməkqabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat müəyyən edilib.
 
Ekspertlərə görə, istehlak inflyasiyası 7,8% (Turan-ın məlumatına görə, müasir hesablama metodologiyasına əsasən, 19,2%) olduğu üçün bu, azdır. Xatırladaq ki, praktik olaraq, bütün qeyri-ərzaq malları idxal olunur, manat isə dollara nisbətdə 34% qiymətdən düşüb. İdxal edilən ərzaq malları, eləcə də yerli istehsalçıların, o cümlədən Azersun Holding-in malları bahalanıb. contact.az/

Google+ WhatsApp ok.ru