Qəzzədə atəşkəs

Sionistlər bombalamağı 5 saat müddətinə dayandırıb

Həmas BMT-nin müvəqqəti atəşkəs təklifini qəbul edib. Atəşkəs rejimi bu gün səhər saat 10:00-dan 15:00-dək davam edəcək.

Maide.az-ın İRİNN xəbər kanalına istinadən məlumatına görə, Həmas-ın sözçüsü Sami Əbuzəhri bəyanat yayımlayıb və BMT-nin  5 saatlıq müvəqqəti atəşkəs təklifini qəbul etdiklərini elan edib.

 Artıq iki həftəyə yaxındır ki,  İsrail rejiminə məxsus hərbi təyyarələr Qəzzaya avia zərbələr endirir. Sionist rejimin döyüş təyyarələrinin raket zərbəsi nəticəsində həyatını itirənlərin sayı 227 nəfərə çatıb. Yaralıların sayı isə 1400 nəfərdən artıqdır. Bu qədər itgi və müddətdən sonra BMT sionist rejiminin hücumları nəticəsində yaralanmış şəxslərə yardım etmək məqsədi ilə müvəqqəti atəşkəs təklif edib.

Google+ WhatsApp ok.ru