Qahirədə partlayış nəticəsində 10 nəfər həlak olub

Qahirədə yerləşən çoxmərtəbəli binanın mənzillərinin birində baş verən güclü partlayış nəticəsində 10 nəfər həlak olub, 13 nəfər isə yaralanıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
 
Polisə binada bir qrup terrorçunun partlayıcı qurğu istehsal edən mini-fabrik təşkil etdiyi barədə siqnal daxil olub. Hadisə yerinə gələn polislər bir neçə əldəqayırma partlayıcı qurğu aşkar ediblər. Onlardan birini zərərsizləşdirmək istəyərkən güclü partlayış baş verib.
 
Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları istintaq tədbirləri həyata keçirirlər. /
 

Google+ WhatsApp ok.ru