Qanunsuz miqrasiya təşkil edənlər 8 min manat cərimələnəcək

Qanunsuz miqrasiya təşkil edənlər 8 min manat cərimələnəcək

Dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq
 
Azərbaycanda qanunsuz miqrasiya təşkil edənlərin 8 min manat cərimələnməsi təklif olunur.
 
"Report"un xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilməsi təklif edilir.
 
Dəyişiklik layihəsinə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycana qanunsuz gəlməsini, Azərbaycan ərazisində qanunsuz qalmasını, Azərbaycan
ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycandan qanunsuz getməsini təşkil etməyə görə 4 min manatdan 8 min manatadək cərimə nəzərdə tutulur. Hazırda qanunvericiliyə görə bu məbləğ 2 min manatdan 5 min manatadəkdir.
 
Dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq. /

Google+ WhatsApp ok.ru